azturkxeber.az
http://azturkxeber.az

Milanda şiddətli fırtına ağacları aşırıb, ölən var

07-07-2025

Milanda şiddətli fırtına ağacları aşırıb, ölən var

İtaliyanın şimalında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir.

Milanda leysan yağışları nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Şiddətli fırtına səbəbindən ağaclar yollara və avtomobillərin üzərinə aşıb. 63 yaşlı qadın aşan ağacın altında qalaraq ölüb, iki nəfər isə yaralanıb.

Bir neçə saatda Milana 35-45 millimetr yağıntı düşüb. Ehtiyat tədbiri olaraq parklar bağlanıb. Milan-Roma qatarına ildırım düşüb. Qatar dayanıb, sərnişinlər başqa qatara köçürülüb, xətdə 50 dəqiqəyədək gecikmə olub. Mülki müdafiə qüvvələri gün ərzində 150-dən çox müdaxilə edib.

Florensiyada da ağaclar avtomobillərin üzərinə aşıb, küləyin sürəti saatda 43 kilometrə çatıb. Montespertolidə bir saat ərzində 60 millimetrədək yağıntı düşüb. Toskana regionunda isə 12 saat ərzində 27 min ildırım çaxması qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031