azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın şimalında əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

06-07-2025

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Lombardiya regionunda havanın temperaturu kəskin enib, pis hava şəraiti və leysan yağışları bir neçə şəhərdə daşqınlara səbəb olub. Milan, Monza, Brianza, Komo, Varese, Berqamo və Sremonada evləri, küçələri, iş yerlərini su basıb. İnsanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Güclü külək ağacları yollara aşırıb və bu, nəqliyyatın hərəkətinə mənfi təsir edib.

“Orio al Serio” hava limanında 13 reys digər hava limanlarına yönləndirilib. Evlərdə köməksiz vəziyyətdə qalan 15 nəfər təxliyə edilib. Mülki müdafiə qüvvələri ümumilikdə 160-dan çox xilasetmə əməliyyatı yerinə yetirib.

Regionda iyulun 6-da qasırğa riski ilə əlaqədar narıncı xəbərdarlıq elan olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031