azturkxeber.az
http://azturkxeber.az

Berlin-Münxen sürət qatarının marşrutunda yanğınla əlaqədar ciddi maneələr yaranıb

07-07-2025

Berlin-Münxen sürət qatarının marşrutunda yanğınla əlaqədar ciddi maneələr yaranıb

Berlin-Münxen istiqamətində hərəkət edən sürət qatarının marşrutu üzərindəki dəmir yolu keçidində baş verən yanğınla əlaqədar qatarların hərəkətində ciddi maneələr yaranıb.

Yanğınla əlaqədar marşrutun bir hissəsi bağlanıb, qatarların marşrutu dəyişdirilib, səyahət müddəti əhəmiyyətli dərəcədə uzanıb və bəzi reyslər tamamilə ləğv edilib.

Yanğın Oberfranken bölgəsində yerləşən Forşhaym və Bamberq şəhərləri arasındakı dəmir yolu keçidində baş verib. Polis yanğının qəsdən törədilməsi şübhəsi ilə istintaqa başlayıb.

İlkin araşdırma nəticəsində yanğın nəticəsində keçidin üzərindəki relslərdə hərəkətin mümkün olmadığı müəyyənləşdirilib.

Alman Dəmir Yolları (Deutsche Bahn) şirkətinin məlumatında sürət qatarlarının Nürnberq və Erfurt şəhərləri arasında hər iki istiqamətdə başqa yolla yönləndirildiyini və bunun da təxminən 90 dəqiqəlik gecikmələrə səbəb olduğu vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031