azturkxeber.az
http://azturkxeber.az

Almaniyada yeni nəsil sürət qatarı sınaqdan keçirilib

29-06-2025

Almaniyada yeni nəsil sürət qatarı sınaqdan keçirilib

“Alman Dəmir Yolları” (Deutsche Bahn) və “Siemens” şirkətləri yeni nəsil “Velaro Novo” sürət qatarını sınaqdan keçirib.

Erfurt–Leypsiq marşrutu üzrə keçirilən sınaq yürüşü zamanı qatarın sürəti saatda 405 kilometrə çatıb. Bununla da bu marşrut üzrə rekord müəyyən edilib. Sınaq yürüşü zamanı “Velaro Novo” şirkətinə məxsus olan və “ölçü cihazları ilə təchiz edilən vaqon” yüksək sürətə çata bilən “ICE” lokomotivi tərəfindən çəkilib.

“Velaro Novo” modellərindən sərnişindaşımada istifadə olunmamasına baxmayaraq, bu testlərin sürətli dəmir yolu xətlərinin təmiri və saxlanması, eləcə də yeni nəsil yüksək sürətli qatarların texniki inkişafı üçün mühüm nəticələrin əldə olunması və təhlili baxımından yüksək qiymətləndirilib. Yeni modelin nə vaxt və hansı formada istifadəyə veriləcəyi hələ məlum deyil.

Qeyd edək ki, yüksəksürətli “ICE” qatarlarının əksəriyyəti texniki baxımdan saatda 300 kilometr sürətə çata bilir. Lakin “ICE 4” modelləri maksimum 265 kilometr-saat sürətə malikdir. Stansiyalar arasındakı məsafələrin qısa olması və dəmir yolu infrastrukturunun köhnəlməsi və yüklənməsi ilə əlaqədar bu sürətlərə çatmaq nadir hallarda mümkündür.

Erfurt–Leypsiq dəmir yolu xətti 2015-ci ildə istifadəyə verilib və bu cür sürət üçün uyğunlaşdırılıb. “Deutsche Bahn” bu xəttin hələ də yüksək texniki vəziyyətdə olduğunu bildirib. İndiyədək bu marşrut üzrə maksimum sürət saatda 333 kilometr olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30