azturkxeber.az
http://azturkxeber.az

Göbəklitəpə məbəd kompleksi Türkiyənin aparıcı turizm istiqamətlərindən birinə çevrilib

03-07-2025

Göbəklitəpə məbəd kompleksi Türkiyənin aparıcı turizm istiqamətlərindən birinə çevrilib

Dünyanın ən qədim tikililərindən olan Göbəklitəpə məbəd kompleksi son illərdə Cənub-Şərqi Anadolunun məşhur turizm məkanına çevrilib.

2019-cu ildə ziyarət üçün açıldığı gündən bəri türkcə “qarınlı təpə” mənasını verən Göbəklitəpəni 3 milyon 645 min yerli və xarici turist ziyarət edib. Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında meqalitə 385 511 turist gəlib.

Şanlıurfa vilayətinin inzibati mərkəzindən 18 kilometrlik məsafədə yerləşən Haliliye bölgədəki kompleks 1963-cü ildə aşkar edilib, qazıntılar isə 1995-ci ildən aparılır.

2018-ci ilin iyul ayında Göbəklitəpə kompleksi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib, 2019-cu ilin martında isə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub.

Türkiyə dövlət başçısının qərarı ilə 2019-cu il ölkədə “Göbəklitəpə İli” elan edilib.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Anadolu irsinin təbliği məqsədilə vaxtaşırı olaraq xaricdə tədbirlər təşkil edir. Romada “Göbəklitəpə: müqəddəs yerin sirri” sərgisini altı ay ərzində altı milyondan çox turist ziyarət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031