azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

02-07-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul üçün müraciət etmiş Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin əcnəbi şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunacağı qeyd edilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031