azturkxeber.az
http://azturkxeber.az

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

01-07-2025

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

Avqustun 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında “B2 First” Kembric kvalifikasiyası imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün son qeydiyyat avqustun 26-dək aparılacaq.

“B2 First” imtahanı namizədlərin daha yüksək səviyyədə hazırlaşması üçün bir vasitədir və onların ingilisdilli bir mühitdə özünəinamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

- Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;

- Yazı (Writing) – 1 saat 20 dəqiqə;

- Dinləmə (Listening) - 40 dəqiqə;

- Danışıq (Speaking) – 16 dəqiqə.

Bu imtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031