azturkxeber.az
http://azturkxeber.az

Siyasət İqtisadiyyat COP29 Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia

28-06-2025

Meksikanın Hərbi Dəniz Qüvvələri narkotik alverçilərinə məxsus, göyərtəsində 42 milyon dollardan çox dəyəri olan 3,5 ton kokain olan sualtı qayığı saxlayıb.

Bunu ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Harfuş “X”dəki hesabında bildirib.

"Hərbi Dəniz Qüvvələri Nazirliyi Herrero ştatının sahillərində göyərtəsində 3,5 tondan çox kokain olan yarıyüklü gəmisini ələ keçirib. Üç xarici vətəndaş saxlanılıb", - Harfuş bildirib.

“Hesablamalara görə, bu müsadirə mütəşəkkil cinayətkarlığa 800 milyon pesodan çox (hazırkı məzənnə ilə 42,5 milyon dollar – red.) məbləğində iqtisadi ziyan vurub”, - nazir əlavə edib.

O qeyd edib ki, Meksikada prezident Klaudiya Şeynbaum hökuməti vəzifəyə başladığı 2024-cü ilin oktyabrın əvvəlindən dəniz əməliyyatlarında ümumilikdə 44,8 ton kokain ələ keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30