azturkxeber.az
http://azturkxeber.az

Nazir Məcnun Məmmədov İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub

28-06-2025

İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Lazio regionunda yerləşən Məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə baş çəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarət mexanizmləri ilə maraqlanıb.

Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi barədə məlumat verilib.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədə təcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixrac potensialının artırılması məsələləri müzakirə olunub. Tərəflər kiçik və orta həcmli şərab istehsalçılarının dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparııblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30