azturkxeber.az
http://azturkxeber.az

Aİ sənədi: Britaniyada miqrasiya böhranına səbəb “Brexit”dir

28-06-2025

Aİ sənədi: Britaniyada miqrasiya böhranına səbəb “Brexit”dir

Avropa İttifaqının (Aİ) rəsmi tədqiqat sənədində bildirilib ki, Böyük Britaniyada miqrasiya böhranının əsas səbəbi “Brexit”dir.

Avropa Parlamentinin tədqiqat xidməti tərəfindən “Brexit” paradoksu: Aİ-dən çıxmaq miqrasiyanı necə artırdı?” adlı hesabat hazırlanıb.

Sənəddə qeyd olunub ki, Birləşmiş Krallıq Aİ-də qalsaydı, hökumətlər qanunsuz miqrasiyanı, xüsusilə də Avropadan kiçik qayıqlarla gələnləri daha effektiv şəkildə nəzarətdə saxlaya bilərdi. Həmçinin bildirilib ki, post-“Brexit” dövründə miqrasiya qanunlarının liberallaşdırılması səbəbindən Britaniyada miqrasiya göstəricisi 2023-cü ildə 906 min nəfərə yüksəlib.

“Miqrasiya ilə bağlı narahatlıqlar bir çox britaniyalını Aİ-dən çıxmağa səsverməyə vadar etdi. Bununla da ölkə Aİ-dən çıxdıqdan sonra daha çox miqrant cəlb edib”,- deyə sənədin müəllifləri vurğulayıb.

Bu sənəd Brüsselin miqrasiya məsələsində indiyədək ən sərt mövqelərindən biri kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30