azturkxeber.az
http://azturkxeber.az

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

25-06-2025

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

“SpaceX” şirkəti “Transporter-14” missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısından istifadə etməklə onlarla kosmik aparatın Yer orbitinə buraxılmasını həyata keçirib.

Kiçik peyklər və müxtəlif elmi cihazlarla yanaşı, raket həm də “The Exploration Company” şirkətinə məxsus xüsusi bir aparatı orbitə çıxarıb. Bu aparatın bənzərsiz yükü var, belə ki, təxminən 150 nəfərə aid DNT nümunələri və ya kremasiya olunmuş insan qalıqları daşıyır.

Bu, bir istiqamətli bir missiya deyil, Yer ətrafında bir növ “orbital ekskursiya”dır. Kapsullar bir neçə dəfə Yer ətrafında dövrə vuracaq, daha sonra isə atmosferə daxil olub Sakit okeana enəcək. Kapsullar yanmayacaq və suya düşdükdən sonra “The Exploration Company” əməkdaşları tərəfindən çıxarılıb, müştərilərə xatirə suveniri kimi qaytarılacaq.

Bundan əlavə, bu missiya çərçivəsində Avropanın kosmosda DNT-si olan ən gənc sakini – üç yaşlı Matteo Bartanın DNT-si də orbitə göndərilib. Matteo-nun DNT-si, kosmosa böyük maraq göstərən dünyasənə dəyişmiş babasının qalıqları ilə birlikdə aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30