"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti 10 iyul 2025-ci il tarixinədək uzadılır.
Foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.