azturkxeber.az
http://azturkxeber.az

Bakıda Misirli uşaqların əl işləri sərgiləndi – FOTOLAR

25-06-2025

Bakıda Misir mədəniyyətinə həsr olunmuş maraqlı sərgi keçirilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan sərgidə 8-12 yaş arası misirli uşaqların rəsm əsərləri nümayiş olunub.

Balaca rəssamların fırçasından çıxan 67 müxtəlif mövzulu əl işi tədbir iştirakçılarında maraq doğurub. Sərgidə təbiət, gündəlik həyat və fantaziya aləmini əks etdirən rəsmlər yer alıb. Bu layihə vasitəsilə Misirdəki gənc istedadların yaradıcılıq bacarığı və təsviri sənətə baxış tərzi azərbaycanlı tamaşaçılara təqdim olunub.

Sərginin açılış mərasimində Misir səfirliyinin nümayəndələri, yerli mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyətin fəal üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər iki ölkə arasında mədəni körpülərin qurulmasının əhəmiyyətindən danışıblar.

Bu cür layihələr Azərbaycan və Misir arasında mədəni əməkdaşlığın dərinləşməsinə və gənc nəslin yaradıcı potensialının stimullaşdırılmasına xidmət edir.

Azturkxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30