Tovuzda iki avtomobil toqquşub, bir azyaşlı olmaqla 6 nəfər xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2017” ilə “OPEL” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1-i azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B.Huseynov,1982-ci il təvəllüdlü A.Əliyev, 1978-ci il təvəllüdlü E.Ələsgərov, 2006-cı il təvəllüdlü R.Qasımov, 2009-cu il təvəllüdlü H.Abdullayev və 2020-cı il təvəllüdlü R.Rüstəmovdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.