azturkxeber.az
http://azturkxeber.az

“Yüksək Dəyər Yaratmaq Üçün KKTC olaraq Bütün İmkanlara Hazırıq”

14-06-2025

Əmək və Sosial Müdafiə Naziri Qardiyanoğludan Azərbaycanda Strateji Təmaslar: “Yüksək Dəyər Yaratmaq Üçün KKTC olaraq Bütün İmkanlara Hazırıq”

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Əmək və Sosial Müdafiə naziri Sadık Qardiyanoğlu Azərbaycandakı təmasları çərçivəsində mühüm görüşlər keçirib. Nazir Qardiyanoğlu, AK Partiyanın Azərbaycan təmsilçisi və UID Azərbaycan sədri Cengiz Aygör, UID Azərbaycan sədr müavini Baran Çelik və Azərbaycanda yaşayan tanınmış türk iş adamı Muhterem Öz ilə bir araya gəlib.

Görüşlərdən sonra açıqlama verən nazir Qardiyanoğlu bu görüşün son dərəcə əhəmiyyətli və strateji olduğunu bildirib. ŞKTC-nin iqtisadi cəhətdən daha da güclənməsi üçün yüksək əlavə dəyər yaradan sərmayələrin ölkəyə cəlb olunmasının həyati önəm daşıdığını vurğulayan nazir, “ŞKTC-yə dəyər qatacaq hər cür sərmayəni dəstəkləməyə və bu istiqamətdə bütün imkanlarımızı səfərbər etməyə hazırıq,” mesajını verib.

Heyətdə yer alan türk iş adamları da ŞKTC-yə olan xüsusi maraqlarını ifadə edərək, həm Azərbaycanda yaşayan türk iş çevrələrinin, həm də Türkiyədəki bir çox sərmayəçinin qəlbinin Şimali Kiprdə atdığını bildiriblər. ŞKTC-nin sabit inkişafına töhfə verməyə hazır olduqlarını qeyd edən heyət, naziri əməkdaşlığa açıq mövqeyi və vizyoner yanaşmasına görə təşəkkür edib.

Görüşdə Kıbrıs Türk Medyası Azərbaycan təmsilçisi Serdar Şengül də iştirak edib. Mediya sahəsində aparılan işlərin ŞKTC ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verdiyi vurğulanıb.

Bu təmaslar təkcə sərmayə diplomatiyası deyil, eyni zamanda Türk dünyası daxilində ŞKTC-nin strateji mövqeyini möhkəmləndirən addımlar kimi də qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30