azturkxeber.az
http://azturkxeber.az

Xankəndi və Xocalıda “Son zəng” tədbirləri

14-06-2025

Bu gün Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli məktəbdə və Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildikdən sonra ilk dəfə "Son Zəng" tədbirləri keçirilib.

Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun müdiri Rizvan Ələsgərov və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər məzunları təbrik edib, onlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar.

Şagirdlər tərəfindən ədəbi-bəddi nümunələr nümayiş etdirilib.

Qeyd edək ki, Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 1987-1988-ci tədris ilində təhsil almış ancaq işğal səbəbiylə son zəng keçirməyən məzunlar da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30