azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

14-06-2025

Qazaxıstanın Kostanay vilayətində strateji əhəmiyyətli “Mərkəz-Qərb” avtomobil dəhlizinin tikintisinə başlanılıb.

Yeni avtomobil dəhlizi ölkənin mərkəzi ilə qərbi arasında birbaşa əlaqəni təmin edəcək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) çıxış yaradacaq.

Layihənin icrası sayəsində Astana ilə İrgiz kəndi arasında məsafə 573 kilometr qısalacaq. Eyni zamanda, iş iki istiqamətdə - Arkalıq şəhərindən Astana şəhəri istiqamətində və Torqay kəndindən İrgiz kəndi istiqamətində aparılır.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30