azturkxeber.az
http://azturkxeber.az

Mingəçevir teatrı sənətsevərlərə yeni tamaşa təqdim edib

14-06-2025

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşanın premyerası olub.

Tatar yazıçısı Tufan Minullinin "Ərməğanlı Əlməndər" adlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır. Səhnə əsərində 91 yaşlı ahıl kişinin yaşamaq eşqindən, həyata olan sevgisindən bəhs edilir.

Janrı qəmli komediya kimi təyin olunan tamaşada rolları Xalq artistləri Valeh Kərimov, Ella Yaqubova, Qabil İbrahimli, Lalə Abuşova, Afət Əliyeva, Ömər Qasımzadə, Cavidan Abdullayev, Aytən İsmayılova, Firuz Hacıyev, Asim Məmmədov və İbrahim Salamov ifa edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30