azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb

14-06-2025

İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb

İtaliyanın “ITA Airways” aviaşirkəti ilə “Lufthansa Group” arasında yeni kod-şerinq (codeshare) sazişi imzalanıb.

Saziş iyulun 1-dən etibarən qüvvəyə minəcək və uzun məsafəli uçuşlara şamil olunacaq. Belə ki, “Lufthansa”, “SWISS”, “Austrian Airlines” və “Brussels Airlines” şirkətlərinin uzun məsafəli uçuşlarını “ITA Airways” vasitəsilə rezervasiya etmək mümkün olacaq. Bununla da, “ITA Airways”in sərnişinləri “Lufthansa Group”un 250-dən çox kod-serinq məntəqəsi seçimini əldə edəcəklər.

Qeyd edək ki, sərnişinlər mart ayından etibarən “ITA Airways” və “Lufthansa Group”un digər şəbəkə hava yolları vasitəsilə İtaliya və Avropa daxili uçuşları üçün 100-dən çox yeni kod-şerinq uçuşları sifariş edə bilirdilər. Kod-şerinq müştərilərə geniş uçuş seçimi və daha çox çeviklik imkanı yaradır. Bu, səyahət etməyi müştərilər üçün daha asan, rahat və cəlbedici edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30