azturkxeber.az
http://azturkxeber.az

"Davis Cup" turnirində bu il Azərbaycan tennisçiləri böyük uğura imza atıblar

14-06-2025

Tennis üzrə məşhur "Davis Cup" turnirində bu il Azərbaycan tennisçiləri böyük uğura imza atıblar.

Mütəmadi olaraq 100-dən çox ölkənin qoşulduğu yarış bu dəfə Albaniyanın paytaxtı Tiranada təşkil olunur. Baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət millimiz 4-cü qrupdan 3-cü qrupa yüksəlib. Andorra və San Marinodan üstün olaraq pley-offa yüksələn komandamız bu dəfə Lixtenşteyn təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, millimizin üzvü əzmkarlıq göstərib və 6:3, 6:2 hesabları ilə qalib gəlib. Bununla da, tennisçilərimiz qatıldığı bütün görüşlərdə rəqibindən üstün olub. Beləliklə, Azərbaycan millisi 3-cü qrupa yüksəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30