azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

14-06-2025

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verib.

Yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayıblar.

R.Paşayev 1/8, G.Məmmədəliyeva isə 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.

Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30