Arzu Nağıyev 45 il əvvəl qızıl medalla məzunu olduğu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində keçirilən “ Son zəng “ tədbirində iştirak etdi.
Bu gün 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev 45 il əvvəl qızıl medalla məzunu olduğu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində keçirilən “ Son zəng “ tədbirində iştirak etdi. Tədbirdə çıxış edən millət vəkili iştirakçıları salamlayaraq məzunları “Son zəng” günü münasibətilə təbrik edib. Onlara gələcək həyatlarında uğurlar arzulayaraq, hər birinə vətəninə və dövlətinə layiqli vətəndaşlar olmalarını arzuladı, xalqına və dövlətinə sədaqətlə xidmət etmələrini tövsiyyə etdi. Millət vəkili həmçinin birinci sinfə yeni qədəm qoyan şagirdləri də təbrik edərək onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzuladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.