AK Partinin Sədr Müavini Əfqan Ala rəhbərliyindəki AK Parti heyəti Azərbaycanın paytaxtı Bakı şəhərində şəhidlikləri ziyarət edib.
Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan Əfqan Ala və onu müşayiət edən heyət əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və baş katibi Tahir Budagovun müşayiəti ilə Əfqan Ala və nümayəndə heyəti daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Bakı Şəhidlər Xiyabanını və Qafqaz İslam Ordusu şəhidlərinin simvolik məzarlarının yerləşdiyi Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel də iştirak edib.
Əfqan Ala ilə yanaşı AK Partinin sədr müavini Zafer Sırakaya və AK Parti İstanbul millət vəkili Şamil Ayrımın da daxil olduğu heyət sabah Şuşa Bəyannaməsinin 4-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.
Anadolu Agentliyi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.