azturkxeber.az
http://azturkxeber.az

Tramp miqrantların aksiyasını yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini Los-Ancelesə göndərib

08-06-2025

Tramp miqrantların aksiyasını yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini Los-Ancelesə göndərib

ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib.

Prezident Donald Tramp bununla bağlı memorandum imzalayıb.

Prezident Birləşmiş Ştatlar Məcəlləsinin 10-cu maddəsinə əsasən hər hansı üsyanı, məişət zorakılığını, qanunsuz birləşməni və ya sui-qəsdi yatırmaq üçün Milli Qvardiyanı səfərbər etmək səlahiyyətindən istifadə edib.

Los-Ancelesin cənub-şərqindəki Paramount bölgəsində qanunsuz miqrantları müdafiə məqsədilə etiraz aksiyaları keçirilir. Bəzi nümayişçilərin Meksika bayrağını qaldırdığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30