azturkxeber.az
http://azturkxeber.az

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirici tədbirlər təşkil edilib

02-06-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Şimal-Qərb və Qərb regional mərkəzləri tərəfindən Siyəzən, Quba, Salyan, Şəki, Mingəçevir və Gəncədə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu bildirilib, bu istiqamətdə görülmüş işlər, habelə uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar barədə ətraflı məlumat verilib.

Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə uşaq hüquqlarının müdafiəsi və digər sahələrdə Müvəkkilin mandatının genişləndiyini qeyd olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30