azturkxeber.az
http://azturkxeber.az

Ukrayna Rusiyanın dörd hərbi aerodromunda təyyarələri yandırıb

01-06-2025

Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Pauçina” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.

Azturkxeber.az Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.

Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib.

Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.

“İnterfaks-Ukrayna” qeyd edib ki, hazırda “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarında təyyarələr yanır. “Malyukun (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk – red.) sayəsində Rusiya Federasiyası indi “demilitarizasiya” sözünün əsl mənasını başa düşür”, - agentliyin mənbəyi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30