azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC-nin əməkdaşlarının övladları üçün qızıl mədəninə ekskursiya təşkil edilib

01-06-2025

“AzerGold” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkət əməkdaşlarının övladları üçün xüsusi tədbir təşkil edib.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) ekskursiya ediblər.
Ekskursiyanın əsas məqsədi uşaqları Azərbaycanın dağ-mədən sənayesi, faydalı qazıntıların hasilatı və emalı prosesi, o cümlədən valideynlərinin çalışdığı iş mühiti ilə tanış etmək, həmçinin onların ətraf mühitə və peşə müxtəlifliyinə dair dünyagörüşünü genişləndirmək olub.
Tədbir zamanı uşaqlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Kiçik qonaqlar istehsalat sahələrini gəzib, laboratoriya avadanlıqları və mədən texnologiyaları ilə yaxından tanış olublar.
Sonda azyaşlı ziyarətçilərə Cəmiyyətin adından xatirə hədiyyələri təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30