azturkxeber.az
http://azturkxeber.az

Media: ABŞ mühacirlərlə mübarizəyə Milli Qvardiyanı cəlb etmək istəyir

16-05-2025

Media: ABŞ mühacirlərlə mübarizəyə Milli Qvardiyanı cəlb etmək istəyir

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Milli Qvardiyanın 20 min əsgərini qeyri-qanuni mühacirlərlə mübarizəyə və deportasiyaların təşkilinə cəlb etmək niyyətindədir.

“The Hill” qəzetinin məlumatına görə, milli təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin artıq Pentaqona və Milli Qvardiya rəhbərliyinə müvafiq sorğunun göndərildiyini deyib. Onun sözlərinə görə, hərbçilər qanunsuz mühacirlərin həbsi və ölkədən çıxarılması ilə bağlı prezidentin tapşırığını yerinə yetirməlidir.

Pentaqon Daxili Təhlükəsizlik Nazirliyindən müvafiq sorğu alındığını təsdiqləsə də, onun məzmununu açıqlamayıb.

Nəşr qeyd edir ki, əvvəllər qeyri-qanuni mühacirlərə qarşı mübarizədə federal səviyyədə iştirak etməyən Milli Qvardiya Texas kimi bəzi ştatlarda köməkçi güc qismində cəlb olunub.

Xatırladaq ki, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra federal hakimiyyət qeyri-qanuni mühacirlərə qarşı kütləvi reydlər keçirməyə başlayıb. Vaşinqton hər gün immiqrasiya qanununu pozan azı 1800 şəxsi saxlamağı qarşısına məqsəd qoyub. Bu tədbirlər yerli hakimiyyət orqanlarının müqaviməti və vəsait çatışmazlığı ilə müşayiət olunur. Bəzi ştatların məhkəmələri prosesi dayandırmağa çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031