İraqda külli miqdarda narkotik həb qaçaqmalçılığının qarşısı alınıb
İraqda Səfvan sərhəd keçid məntəqəsində 600 min ədəd kaptaqon tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.
Yolsuzluq avtomobilində peşəkar şəkildə gizlədilən narkotik vasitə Küveytə aparılırmış.
Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. Hadisə ilə əlaqədar birgə komissiya yaradılıb, sürücü barəsində araşdırma başlanıb.