azturkxeber.az
http://azturkxeber.az

"Çətənə ( Nəşə ) və Fironlar"

14-05-2025

Çətənə ( Nəşə ) Cannabis qədim dövrlərdə müxtəlif mədəniyyətlərdə, xüsusən də qədim Misirdə, mühüm rol oynamışdır. Tarixçi Herodotun qeyd etdiyi kimi, yunanca "kannabis" adlanan bu bitkinin adı qədim İskitlərdən gəlir. İskitlərdə çətənə kolunun tüstüsündən dini mərasimlərdə istifadə edilirdi.

Qədim Misirdə çətənə tibbi məqsədlərlə geniş istifadə olunurdu. Misir kraliçaları çətənə toxumlarının yağını iltihabların və yaraların müalicəsində, depressiya və ağrıların yüngülləşdirilməsində tətbiq edirdilər. Çətənə liflərindən hazırlanan iplər və parçalardan sənaye məhsulları istehsal olunurdu. II Ramsesin məzarından tapılan çətənə toxumları bu bitkinin Misir mədəniyyətindəki əhəmiyyətini göstərir.

Çətənənin Misirdə də dini ayinlərdə istifadəsi geniş idi. Ayinlərdə, mərasimlərdə çətənənin tüstüsü ruhsal aydınlanma və müqəddəs aləmlərlə əlaqə qurmaq məqsədilə istifadə olunurdu. Seshat adlı yazı və bilgəlik ilahəsinin başında təsvir olunan yeddi guşəli çətənə təsviri, bu bitkinin dini biliklərlə və mistik təcrübələrlə əlaqəli olduğunu göstərir. Çətənənin tüstüsü mənfi enerjiləri qovmaq və ruhsal təmizlənməni təmin etmək məqsədilə də istifadə edilirdi.

Roma dövründə çətənənin ixracı və idxalına vergi qoyulmuşdu, bu da onun iqtisadi əhəmiyyətini göstərirdi. Fransız işğalı dövründə Napaleon ordusunun əsgərləri Misirdə çətənə ilə tanış oldular və çətənə istifadəsi o dövrün məşhur içkiləri arasında yer aldı. Hətta Fransaya geri dönərkən özləri ilə bihuşedici maddələr aparmışdılar.

Osmanlı dövründə çətənə həm iqtisadi, həm də tibbi məqsəd üçün istifadə olunurdu. Çətənə liflərindən yelkənlər, iplər və parça istehsal olunurdu, tibbi məqsədilə isə ağrıkəsici və iltihab əleyhinə təsiri üçün istifadə edilirdi.

XX əsrdə Misirdə narkotik maddələrlə mübarizə gücləndirildi. 1959-cu ildən etibarən çətənə və onun törəmələri (marixuana və həşiş daxil olmaqla) sərt qanunlarla tənzimlənməyə başlandı. 2002-ci ildə qəbul edilmiş qanun çərçivəsində çətənənin qanunsuz istehsalı, ticarəti və istifadəsi üçün ağır cəzalar tətbiq edildi.

Müasir dövrdə Misirdə çətənənin istifadəsi ciddi qanunvericiliklərlə nəzarət altındadır; çətənə və onun törəmələrinin istifadəsi və ticarəti qadağan olunmuşdur. Lakin, tibbi istifadəsi sahəsində bəzi tədqiqatlar davam edir və çətənənin müəyyən tibbi məqsədlər üçün istifadəsi ilə bağlı müsbət nəticələr əldə olunmaqdadır.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi QHT nin sədri, ekspert Emil Maqalov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031