azturkxeber.az
http://azturkxeber.az

Britaniyada on minlərlə alıcının şəxsi məlumatları kiberhücumla oğurlanıb

14-05-2025

Britaniyada on minlərlə alıcının şəxsi məlumatları kiberhücumla oğurlanıb

Böyük Britaniyanın tanınmış pərakəndə satış şəbəkəsi “Marks & Spencer” (M&S) üç həftə əvvəl baş vermiş kiberhücum nəticəsində bəzi şəxsi müştəri məlumatlarının oğurlandığını açıqlayıb.

Azturkxeber.az “BBC”yə istinadla xəbər verir ki, şirkətdən verilən açıqlamada oğurlanan məlumatlara telefon nömrələri, ev ünvanları, doğum tarixləri və onlayn sifariş tarixçələrinin daxil ola biləcəyi qeyd edilib. “M&S” bildirib ki, oğurluq ödəniş məlumatlarını, kart məlumatlarını və ya hesab parollarını əhatə etmir.

Üç həftə əvvəl baş verən kiberhücumdan sonra şirkət hələ də onlayn xidmətlərini tam bərpa edə bilməyib və onlayn sifarişlər müvəqqəti olaraq dayandırılıb. “Bank of America Global Research”in təhlilinə görə, bu fasilələr şirkətə hər həftə təxminən 43 milyon funt sterlinq zərərlə başa gəlir.

Şirkət oğurlanan məlumatların neçə nəfərə aid olduğunu açıqlamasa da, bütün vebsayt istifadəçilərinə məlumat göndərildiyini, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verildiyini və kibertəhlükəsizlik üzrə mütəxəssislərlə birlikdə vəziyyəti izlədiklərini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031