azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniya müdafiə sektorunda yeni tədbirlər planını açıqlayıb

14-05-2025

Böyük Britaniya müdafiə sektorunda yeni tədbirlər planını açıqlayıb

Böyük Britaniyanın müdafiə naziri Con Hili müdafiə sənayesində fəaliyyət göstərən kiçik və orta bizneslərin (KOB) inkişafını təşviq etmək məqsədilə yeni tədbirlər paketini elan edib.

Paketdə satınalma proseslərinin sürətləndirilməsi və yeni texnologiyalara sərmayələrin təşviq olunması kimi islahatlar yer alır. Con Hili bildirib ki, təyyarə, tank və gəmi kimi əsas texnika üçün satınalma müddəti altı ildən iki ilə endiriləcək. Sistem yenilənmələri bir il ərzində müqavilələşdiriləcək, hazır məhsulların alınması isə üçaylıq dövrlərlə həyata keçiriləcək. Bundan əlavə, innovativ texnologiyaların silahlı qüvvələrə daha tez çatdırılması üçün yeni pilot layihə olaraq müdafiə bazarı yaradılacaq. İyul ayına qədər isə 400 milyon funt sterlinqlik (528 milyon dollar) illik büdcəyə malik xüsusi innovasiya qurumu təsis olunacaq.

Gələn ay Con Hilinin rəhbərliyi ilə fəaliyyət göstərəcək Müdafiə Sənayesi üzrə Birgə Şura da ictimai və özəl investisiyaların koordinasiyasını təmin etmək məqsədilə istifadəyə veriləcək.

Hökumət daha əvvəl Böyük Britaniyanı müdafiə sənayesi üzrə supergücə çevirməyi, daha çox müqaviləni kiçik şirkətlərə verməyi və yüksək ixtisaslı iş yerləri ilə vətəndaşlara “müdafiə dividendi” yaratmağı qarşısına məqsəd qoymuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031