azturkxeber.az
http://azturkxeber.az

Ötən il qanunsuz miqrasiya fəaliyyətləri ilə əlaqəsi olan 15 əcnəbi şəxs saxlanılıb

13-05-2025

Ötən il qanunsuz miqrasiya fəaliyyətləri ilə əlaqəsi olan 15 əcnəbi şəxs saxlanılıb

2024-cü il ərzində insan alveri və məcburi əmək halları ilə mübarizə məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra miqrasiya məsələləri müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 qanunsuz miqrasiya kanalı ifşa edilib və bu fəaliyyətlərlə əlaqəsi olan 15 əcnəbi şəxs saxlanılıb.

Bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında təqdim olunan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Bu tədbirlər insan alverinin qarşısının alınması və potensial qurbanların müdafiəsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031