azturkxeber.az
http://azturkxeber.az

NATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır

31-03-2025

NATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır


NATO-ya üzv ölkələr bazar ertəsi genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayır

Aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığına görə, təlim döyüş qabiliyyətini, inteqrasiya olunmuş hava və raketdən müdafiəni hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulub. Manevrlər, xüsusən, NATO qüvvələrinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə əsasən yerləşdirildiyi halda, dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə qarşı hərəkətlərin simulyasiyasını əhatə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31