azturkxeber.az
http://azturkxeber.az

Media: ABŞ və Britaniya 2024-cü ildə Krım körpüsünə zərbə endirmək planı hazırlayıb

31-03-2025

Media: ABŞ və Britaniya 2024-cü ildə Krım körpüsünə zərbə endirmək planı hazırlayıb


ABŞ, Böyük Britaniya və Ukrayna gizli şəkildə 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün əməliyyat planlaşdırıblar.

Bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Krım körpüsünə hücum ATACMS raketləri və yerüstü pilotsuz təyyarələri ilə eyni vaxtda həyata keçirilməli idi.

Qəzet yazır ki, Rusiya su keçidində zərbəyə hazırlaşarkən körpünün dayaqlarının mühafizəsini gücləndirib və bu şəraitdə Kiyev hakimiyyəti yalnız raketlərlə zərbə endirməkdə israr etməyə başlayıb. Bu isə ABŞ nümayəndələrinin müqaviməti ilə üzləşib, onlar bu cür taktikaların səmərəsizliyinə işarə edərək bir müddət gözləməyi və ya zərbəni ləğv etməyi tələb ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31