azturkxeber.az
http://azturkxeber.az

Hannoverdə qocalar evində yanğın baş verib, 25 nəfər xəsarət alıb

31-03-2025

Hannoverdə qocalar evində yanğın baş verib, 25 nəfər xəsarət alıb


Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb.

Azturkxeber.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31