azturkxeber.az
http://azturkxeber.az

31 mart soyqırımı - XX əsrin unudulmayacaq vəhşiliyi!

31-03-2025

 

31 mart soyqırımı - XX əsrin unudulmayacaq vəhşiliyi!

İstər XIX, istərsə də XX yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 mart 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım bəşər tarixinin ən qanlı səhifələrindən biri, erməni vandalizminin eybəcər simasını göstərən daha bir tarixi faktdır. Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 31 mart soyqırımından 107 il ötür. Bir əsrdən artıq müddət keçməsinə rəğmən, qan yaddaşımız olan bu tarixi faciə hafizəmizdən silinməyib və silinməyəcək. 

Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında siyasi-hüquqi qiymət verilən 31 mart soyqırımı ilə əlaqədar Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir, həqiqətlər beynəlxalq ictimai rəyə təqdim olunur, erməni vandalizminin əsl siması aşkara çıxarılır. Xocalı soyqırımının ardından artıq bir sıra ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq sənədlər qəbul olunur. Erməni cəlladlarına ən layiqli cavab isə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər, Ermənistanın kapitulyasiya aktını imzalaması oldu.


Siyavuş Novruzov Milli Məclisin deputatı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31