azturkxeber.az
http://azturkxeber.az

Qahirədə Misir-Azərbaycan Biznes Forumu keçiriləcək

27-03-2025

Qahirədə Misir-Azərbaycan Biznes Forumu keçiriləcək


Bu il Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində biznes forumun keçirilməsi nəzərdə tutulur.

Bunu Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşat dünən Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovla keçirdiyi görüşdə bildirib.

Misirli nazir qeyd edib ki, Komissiyanın iclası və forum çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, investisiya imkanları müzakirə ediləcək. Bu tədbirlərin, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıqların qurulması üçün yaxşı imkan olduğunu diqqətə çatdıran nazir ölkəsinin Azərbaycandan investisiyaların cəlbində maraqlı olduğunu bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin iyununda Misirə səfərinə toxunub, bu səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq üzrə imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində əhəmiyyətini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31