azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin oyun ekosistemini təmsil edən nümayəndə heyəti mart ayında ABŞ-ın San-Fransisko şəhərində keçirilən dünyanın ən nüfuzlu tədbirlərindən biri olan “Oyun Tərtibatçıları Konfransı”nda (Game Developers Conference – GDC 2025) iştirak edib.

Nazirlikdənbildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndələri beynəlxalq oyun studiyaları, texnologiya şirkətləri və investorlarla birbaşa əlaqələr qurmaq, oyun sənayesindəki qlobal trendlərlə tanış olmaq və yerli məhsulların qlobal bazarlara çıxışı üçün imkanları araşdırmaq imkanı əldə ediblər.

Mədəniyyət Nazirliyi tərəfindən nümayəndə heyətinin bu konfransda iştirakı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilib.

Həmçinin “Oyun Tərtibatçıları Konfransı 2025” çərçivəsində Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyası tədbirində qurumun Azərbaycan fəslinin rəsmi açılışı elan olunub.

“Gametech” klasteri Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin innovativ üsullarla tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31