azturkxeber.az
http://azturkxeber.az

Ankara ərzaq böhranının qarşısının alınmasına töhfə vermək üçün mümkün olan bütün addımları atmağa hazırdır

27-03-2025

Ankara ərzaq böhranının qarşısının alınmasına töhfə vermək üçün mümkün olan bütün addımları atmağa hazırdır


Türkiyə Milli Müdafiə Nazirliyi Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyətinin bərpası ehtimalı ilə bağlı yayılan xəbərləri şərh edib.

Qardaş ölkənin müdafiə nazirliyi “taxıl dəhlizi” ilə bağlı əvvəlki razılaşmanın Türkiyənin fəal vasitəçiliyi ilə əldə edildiyini və bunun dünyada ərzaq böhranının qarşısının alınmasına töhfə verdiyini xatırladıb.

“Bu gün yenidən “taxıl dəhlizi” mövzusu gündəmə gəlib. Lakin indiki mərhələdə bu məsələ ilə bağlı konkret qərar qəbul edilməyib. Ankara regional və qlobal səviyyədə sülhün təmin edilməsinə, eləcə də ərzaq böhranının qarşısının alınmasına töhfə vermək üçün mümkün olan bütün addımları atmağa hazırdır”, - deyə departament qeyd edib.

Türkiyə Müdafiə Nazirliyi ölkənin beşinci nəsil F-35 təyyarələri proqramına qayıtması məsələsində də Ankaranın mövqeyini açıqlayıb.

“ABŞ CATSAA qanunu çərçivəsində Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edərsə, ölkəmiz F-35 proqramına qayıtmaq məsələsinə baxa bilər. Biz lap əvvəldən ABŞ rəsmilərinin bu addımını səhv adlandırırdıq. Məhdudiyyətlərin aradan qaldırılması Türkiyə ilə ABŞ arasında müdafiə sektorunda əməkdaşlığa təkan verəcək”, - deyə nazirlik Türkiyənin müttəfiqlərinin bir-birinə qarşı sanksiyalar tətbiq etməməli olduğunu dəfələrlə bəyan etdiyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31