azturkxeber.az
http://azturkxeber.az

AMEA prezidenti: Elm ümumbəşəri və milli sərvətdir

27-03-2025

AMEA prezidenti: Elm ümumbəşəri və milli sərvətdir


Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümumbəşəri və milli sərvətdir.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli söyləyib.

“Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir.

Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram”, - deyə AMEA rəhbəri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31