Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı
Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır.
Azturkxeber.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb.
“Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib.