azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

22-03-2025

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib


Qazaxıstanın Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin sədri Yerbolat Kojikovun “Kazaxtelekom” SC və “Caspinet B.V.” şirkətinin nümayəndələri ilə görüşü zamanı Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin (VOLS) inşası ilə bağlı beynəlxalq layihə müzakirə edilib.

Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinə istinadla xəbər verir ki, Yerbolat Kojikov layihənin icra mərhələləri, ekoloji icazə alınma prosesi və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə tanış olub.

O qeyd edib ki, layihələndirmə və ya icazə sənədlərinin alınması mərhələsində hər hansı bir sual yaranarsa, Komitə öz səlahiyyətləri daxilində zəruri məsləhətlərini verməyə hazırdır.

Xatırladaq ki, 2023-cü ildə “AzerTelecom” və “Kazahtelecom” telekommunikasiya operatorları Xəzər dənizinin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Trans-Xəzər optik lifli rabitə xəttinin inşa edilməsi və istismarı üçün birgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.

Gələcəkdə bu xətt Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizini yaratmağı nəzərdə tutan Rəqəmsal İpək Yolu (“Digital Silk Way”) adlı böyük layihənin bir hissəsi olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31