azturkxeber.az
http://azturkxeber.az

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

22-03-2025


Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.

IDEA-dan  bildiriblər ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin sonunda uşaqlara bayram sovqatları paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31