azturkxeber.az
http://azturkxeber.az

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

22-03-2025

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib


Avropanın ən işlək hava limanı olan Hitrou fəaliyyətini qismən bərpa edib.

Artıq ilk təyyarə hava limanına eniş edib. Sərnişinlərə yalnız aviaşirkətdən rəsmi xəbərdarlıq alındıqdan sonra hava limanına yollanmaları tövsiyə olunub. Hitrou rəhbərliyi sabah tam xidmət göstərməyə ümid etdiyini bəyan edib.

Qeyd edək ki, Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb. Yarımstansiyada baş verən və hava limanının elektrik təchizatını dayandıran yanğınla bağlı araşdırmaya Londondakı terrorla mübarizə polisi rəhbərlik edir, lakin hazırda qəsdən törədilməyə dair heç bir əlamət olmadığı qeyd olunub. Hava limanındakı mənbə bildirib ki, ehtiyat generatorlar işə düşsə də, bütün hava limanını enerji ilə təmin etmək üçün kifayət etməyib. Aviasiya sənayesi üzrə ekspertlər isə bu hadisənin ciddi suallar doğurduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31