azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

22-03-2025

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək


Böyük Britaniya gələn həftə Ukraynada mümkün sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı planları sürətləndirməyi planlaşdırır.

Bu barədə Baş nazir Kir Starmerin sözçüsü məlumat verib. Bildirilib ki, Londondakı “Northwood” hərbi bazasında yerləşən Britaniya hərbi planlaşdırıcıları gələn həftə bir araya gələrək sülhməramlı qüvvələrin necə fəaliyyət göstərə biləcəyi və onun strukturu ilə bağlı müzakirələr aparacaqlar.

“Biz daha dərindən təhlillər apararaq, növbəti görüşlərlə əməliyyat planlaşdırılmasının sürətini və miqyasını artırmağa davam edəcəyik”,- deyə Baş nazirin sözçüsü vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31