azturkxeber.az
http://azturkxeber.az

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

22-03-2025

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib


Böyük Britaniyada hava qüvvələri bazasına evdə düzəltdiyi bomba ilə hücum etməyi planlaşdıran şəxs 37 il həbs cəzasına məhkum edilib.

29 yaşlı Məhəmməd Faruq fişənglərdən əldə etdiyi partlayıcı maddələrlə evdə bomba hazırlayıb və İngiltərənin şimalında yerləşən “RAF Menwith Hill” hərbi bazasını hədəf seçib. Lakin o, cihazı baza ətrafındakı güclü mühafizə baryerindən yaxın məsafədə partlatmağın mümkün olmadığını anlayaraq, daha zəif qorunan hədəfə yönəlib.

Faruq 2023-cü ilin yanvarında Lids şəhərindəki hospitalın qarşısında polis tərəfindən saxlanılıb. Həbs edilərkən onun üzərində təxminən 10 kq partlayıcı maddə aşkarlanıb.

Bu gün keçirilən məhkəmə zamanı hakim qeyd edib ki, Faruq yalnız 37 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılmaq hüququ əldə edə biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31