azturkxeber.az
http://azturkxeber.az

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli Konstitusiyamızın müəllifi – Heydər Əliyev” adlı elmi-praktik konfrans təşkil olunub

22-03-2025

 


2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə  Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli Konstitusiyamızın müəllifi – Heydər Əliyev” adlı elmi-praktik konfrans təşkil olunub.

Konfransda Milli Məclisin deputatı Günay Ağamalı  iştirak edib. Deputat çıxışında Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin mühüm siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, bu qərar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və milli suverenliyin qorunması istiqamətində atılmış mühüm addımlardan biridir.

Günay Ağamalı çıxışında deyib:
“Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq arenada nüfuzunu artırır, iqtisadi gücünü möhkəmləndirir və milli maraqlarını qətiyyətlə qoruyur. Bu gün biz müstəqil dövlətimizin inkişaf konsepsiyasını daha da təkmilləşdirərək, gələcək nəsillərə güclü və firavan Azərbaycanı miras qoymaq üçün çalışırıq. Suverenlik yalnız siyasi və iqtisadi müstəqilliklə məhdudlaşmır. Mədəni, mənəvi və informasiya sahəsində də özümüzü təsdiqləyir, milli dəyərlərimizi qoruyuruq. Bu baxımdan, hər bir vətəndaşımız dövlətimizin inkişaf strategiyasına töhfə verməli və ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsinə xidmət etməlidir.”

Konfransda həmçinin Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdırması önə çəkilib. Konstitusiyamız
ölkəmizin hüquqi-siyasi həyatında əsas yol xəritəsi kimi çıxış edir.

Tədbir iştirakçıları Milli Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini minnətdarlıqla xatırlayaraq, onun siyasi irsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31