Salyan rayon Mədəniyyət Mərkəzində "Novruz xalqımızın milli varlıq, mənəviyyat xəzinəsidir" adlı tədbir baş tutub
Salyan rayon Mədəniyyət Mərkəzində "Novruz xalqımızın milli varlıq, mənəviyyat xəzinəsidir" adlı tədbir baş tutub. Xalqımızın milli mənəvi ruhunu tərənnüm edən bahar ovqatlı tədbirdə Milli Məclisin deputatı Günay Ağamalı iştirak edib.
Deputat çıxışında Novruzun xalqımız üçün birlik və həmrəylik simvolu olduğunu vurğulayaraq, bu kimi tədbirlərin milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədbir çərçivəsində Novruzun atributları nümayiş etdirilib, bədii kompozisiyalar təqdim olunub.