azturkxeber.az
http://azturkxeber.az

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

18-03-2025


Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Muzeyin direktoru Əminə Məlikova qonağa muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları, qədim xalçaçılıq ənənələrimiz barədə ətraflı məlumat verib.

Valentina Matviyenko muzeyə Azərbaycanın nadir mədəni-tarixi irsinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətində uğurlar və tərəqqi, əməkdaşlara isə nəcib işlərində nailiyyət və ilham arzulayıb. Sonra qonaq xatirə kitabına öz xoş təəssüratlarını yazıb.

Valentina Matviyenkoya muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31